"Neftçi"yə qarşı mübarizə aparmaq çətin olacaq"

İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəkləri oyunlar barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis "Neftçi"nin "Arsenal"la ev görüşünü stadionda izlədiyini bildirib. İsrailli mütəxəssis "Neftçi" ilə oyunların çətin keçəcəyin deyib:

"Rəqib çox keyfiyyətli legionerlərə sahib olan komandadır. "Neftçi"yə qarşı mübarizə aparmaq çətin olacaq. Qazanan tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".

Cütün ilk oyunu avqustun 8-i, Bakıda yerləşən 8-ci km stadionunda baş tutacaq. Komandaların cavab dueli isə avqustun 15-i, Təl-Əvivdə reallaşacaq. Oyunlar 21:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right