"Neftçi" “Bney Yehuda” ilə oyunlarının vaxtı açıqlandı

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində  İsrailin “Bney Yehuda” klubu ilə oyunlarının vaxtı müəyyənləşib.

Newsport.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xatırladaq ki, "Neftçi" Tula "Arsenal"ına qalib (1:0, 3:0) gələrək növbəti mərhələyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right