Stiven-Jozef Monroz: "Ola bilər ki, buna görə kölgədə qalmışam"

Neftçi"nin fransalı futbolçusu Stiven-Jozef Monroz Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az-ın məlumatına görə, 29 yaşlı vinger öncə oyunu şərh edib:
 
- Çox ağır oyun gözləyirdim, belə də alındı. Deyə bilmərəm ki, 3:0 hesablı qələbə gözləyirdim. Ancaq ağır matç keçəcəyini bilirdik. Bu gün oyunçularımız meydanda böyük iş gördü. Mən ehtiyat oyunçular skamyasında əyləşən futbolçularımızı da qeyd etmək istərdim. Güclü ehtiyatımız var. Hər biri əsas oyunçu kimi qiymətləndirilə bilər. Qalibiyyət üçün çox xoşbəxtəm. Ancaq azarkeşlərimiz olmasaydıq, qələbə qazana bilməyəcəkdik. Onları da təbrik edirəm.
 
- Bu gün nisbətən zəif çıxış etdin. Öz oyunun barədə fikirlərin necədir?
- Ola bilsin ki, oyunum sizə zəif görünüb. İlk hissədə uzun top ötürmələri ilə oynayırdıq. Ola bilər ki, buna görə kölgədə qalmışam. Mənim əsas məqsədim özümü göstərmək yox, komandaya kömək etmək idi. Bunun üçün çalışırdım.
 
- Rəqibin futbolçusu Qriqalava sənə barmaq yelləyib, davaya çağırırdı. Oyundan sonra söhbət etdiniz?
- Çöldə heç bir şey olmadı. Futbolda belə şeylər baş verir. Bizim komandamız öndə idi. Rəqib oyunçular emosional idi. Belə şeylər futbolda yaşanır.
 
- “Bney Yehuda” ilə oyunlar barədə fikirlərin necədir?
- Qələbə üçün meydana çıxacağıq. Qələbə ruhumuz və mentalitetimiz var. Bu raundu keçdik, sabahda “Bney Yehuda”nı düşünməyə başlayacağıq.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah