Roberto Bordin: "İlk qoldan sonra oyun bizim tərəfimizə keçdi"

Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında Rusiyanın “Arsenal” klubunu məğlub edərək (3:0), mərhələ adlayan (ilk oyun – 1:0) “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Dünən də demişdim ki, bu gün bizi güclü rəqib gözləyir. İlk dəqiqələrdən onlar bizə çətinliklər yaratdılar. İrəli atılıb, risk edəcəklərini gözləyirdik. Rəqibin təziyiqinə baxmayaraq, futbolçularım buna tab gətirə bildilər. İlk qoldan sonra isə oyun bizim tərəfimizə dəyişdi.

- Emin Mahmudovun durumu nə yerdədi? Oyundan sonra da axsayırdı...
- Həftəboyu onda belə problem yaranmışdı, kifayət qədər məşq edə bilmirdi. Bu, ilk oyundan sonra əmələ gəlmişdi. Sabahdan futbolçuların durumu ilə bağlı məlumat toıplayacağıq. Bir neçə digər futbolçuda da qıcolma var idi. Çünki çox güc sərf etdilər.

- Növbəti rəqibiniz “Bney Yehuda” barədə hər hansı məlumatınız var, yoxsa hələ buna vaxt olmayıb?
- Hazırda heç nə deyə bilməyəcəm. Çalışacam oyunçularla bu qələbəni qeyd edək. Sabahdan “Bney Yehuda” barədə məlumat toplayacağıq.

- “Arsenal”da bəyəndiyiniz futbolçu oldu?
- İlk oyunda da, bu gün də “Arsenal” yaxşı futbolçulara sahib olduğunu göstərdi. Rəqib yaxşı struktura malikdi. Texniki və fiziki cəhətdən çox hazırlıqlıdılar. İlk oyunda çalışdıq ki, rəqibin dayaq zonasının oyununun alınmasına imkan verməyək. Bu gün bir qədər fərqli alındı.

- “Forza Neftçi” azarkeş qrupu əvvəlki hər iki səfərdə komandanın yanında olub. Onları İsraildə görsəz, təəccüblənməyəcəksiz?
- Onlar hər zaman bizi dəstəkləyirlər. Onlara təşəkkürümü bildirirəm. Bu, bizim ümumi qələbəmizdi. Təbii ki, İsraildə onları görmək istəyərəm.

- Komandanız avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbolu tarixinə düşdü...
- Tarixə düşdüyümüzə görə sevinirik. Çalışacağıq ki, əvvəlcə qələbəni qeyd edək. Ancaq bundan daha vacib işlərimiz də var. Növbəti rəqib barədə düşünməliyik. Çalışacağıq ki, qələbələri sıralayaq.

- Yeni transfer gözlənilir?
- Hələ ki, bu barədə danışmaq üçün tezdi. Sabahdan növbəti planları düşünəcəyik. Transferlər barədə də fikir mübadiləsi aparacağıq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah