"Neftçi"nin növbəti mərhələlərdə də yaxşı şansı var" - Çerevçenko

Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında Bakıda “Neftçi”yə uduzaraq (0:3), mübarizəni dayandıran Rusiyanın “Arsenal” klubunun baş məşqçisi İqor Çerevçenko oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Birinci hissədə üstünlük bizdə idi. Ancaq təkcə bu hesabı dəyişmir. İmkanlardan yararlanmalıydıq, ancaq istifadə edə bilmədik.

- “ANewsport.az-ın məlumatına görə, rsenal”ın mərhələ keçməməsini debüt təcrübəsizliyi ilə əlaqələndirmək olar, yoxsa sadəcə “Neftçi” güclü idi?

- “Neftçi” vurduğu qolların sayəsində mərhələ keçdi. Deməzdim ki, problem təcrübəsizliyimizdədi. Komandamızın futbolçuları yığma komandalarda oynayır, onlar üçün avrokubok oyunları problem olmamalıdı.

- İlk oyundan sonra “Neftçi”nin səviyyəli və sərt futbol oynadığını demişdiz. Bu gün isə sizin oyunçular kobud çıxış edirdi.
- Mən bu barədə heç nə deməmişəm. Zəhmət olmasa, siz mənim konfranslarıma yaxşı hazırlaşın. Bu gün də kobudluq görmədim. Sadəcə, iki komanda bir-biri ilə mübarizə aparırdı.

- Komandada hansısa futbolçunun lider olmaq məqsədi var idi? Fasilədə kiməsə belə tapşırıq vermişdiz?
- Bütün məsuliyyəti özüm daşıyıram. Futbolçuların isə hər biri özünə görə lider olmalıdı.

- “Neftçi”nin gücünü yaxından görən mütəxəssis kimi növbəti mərhələdə bu komandanın şansını və qrupa düşmək ehtimalını necə görürsüz?
- “Neftçi”nin növbəti mərhələlərdə də yaxşı şansı var. Komanda təcrübəlidi. Çox güclü komandadı. Onların baş məşqçisi “Şerif”lə qrup mərhələsində oynamışdı. “Neftçi”nin yaxşı şansları var. Onlar nə qədər irəli getsələr, azarkeşləri üçün o qədər yaxşı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right