Andrey Arşavin: "Neftçi" "Arsenal"dan daha yaxşı oynadı"

Rusiyanın millisinin sabiq hücumçusu Andrey Arşavin Avropa Liqasının II təsnifat mərhələsinin "Arsenal" - "Neftçi" oyunundan (0:1) sonra "Match TV" kanalına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis "Neftçi"nin ədalətli qələbə qazandığını deyib:

"Nəticə oyuna görədir. "Neftçi" daha yaxşı oynadı. "Arsenal"ın isə oyunu alınmırdı. "Neftçi" Rusiya çempionatında 6-16-cı yerlər arasında istənilən yerdə qərarlaşa bilər. "Arsenal"ın tam gücünü sonra biləcəyik, ancaq öncə "Neftçi"ni keçməlidirlər. "Neftçi"nin hücumları daha yaxşı alınırdı. Lazım olanda zərbə vururdular və ya təhlükəli ötürmə edirdilər. Evans Kanqvanın oynaması da özünü göstərdi. O, meydanda olsaydı, daha yaxşı olardı. Azərbaycan millisinə qarşı keçirdiyim görüşləri yaxşı xatırlayıram, onlar çox sərt oynayırdı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right