"Dinamo"nun baş məşqçisi: "Oyuna revanş hissi ilə çıxmaq istəmirik"

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ"nin qonağı olacaq Tbilisi "Dinamo"sunun baş məşqçisi Feliks Visente Miranda qarşılaşmadan öncə təşkil edilmiş mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis öncə oyunla bağlı danışıb:

- Sabah yaxşı oynamaq və müsbət nəticə əldə etmək istəyirik. İstəyirik ki, cavab matçında bizim üçün çətin olmasın. Yaxşı nəticə ilə mərhələni keçən tərəf olmaq istəyirik. Ancaq hər şeyə Tbilisidəki oyunda aydınlıq gələcək.

- Komandada son durum necədir? İrakli Azarovun oynamaq şansı var?

- Hazırda bütün komanda hazır vəziyyətdədir. Komandada yaxşı rəqabət var. Azarov da sabah oynamaq şansına sahibdir. O, gələcək vəd edən oyunçudur.

- Mərhələni keçmək gücündəsiniz?

- "Qəbələ" ciddi rəqibdir, önəmli oyunçuları var. Biz 100 deyil, 200 faiz hazır olmalıyıq ki, mərhələni keçə bilək. Hər iki matç çətin keçəcək.

- Kvame Karikarini sabah oynadacaqsınız?

- Karikari bizimlədir. Lazım gəlsə, ona şans verə bilərik. Lakin o, komandaya yeni qoşulub. Müəyyən zaman lazımdır ki, uyğunlaşsın.

- "Qəbələ"nin hansı tərəfləri güclüdür?

- Biz "Qəbələ" haqda məlumat toplamışıqsa, yəqin ki, onlar da bunu edib. Qeyd etmək istərdim ki, rəqibimiz çox döyüşkən komandadır. Onlar bu turnirdə oynamağa alışıb. Mən deyərdim ki, "Qəbələ" bütün mövqeylərdə güclüdür. Daha çox standart vəziyyətlərdə ehtiyatlı olmalıyıq. "Qəbələ" komanda şəklində güclü rəqibdir.

- "Qəbələ" 3 il əvvəl "Dinamo"nu mübarizədən kənarlaşdırmışdı. Revanş arzunuz var?

- Məlumatımız var ki, "Qəbələ" daha əvvəl "Dinamo"nu mübarizədən kənarlaşdırıb. Artıq fərqli dövrdəyik. Sabah keçiriləcək oyun bizim üçün həddindən artıq önəmlidir. Maraqlı oyun olacaq. Bu oyuna çox mativasiyalı çıxacağıq. Rəqibi analiz etmişik, onları tanıyırıq. Matça hazırıq. Bizi başqa hisslər maraqlandırmır. Oyuna revanş hissi ilə çıxmaq istəmirik. Sabah ən yaxşı oyunumuzu göstərmək istəyirik. Bizim üçün də ən vacibi budur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right