Davit Volkov: "Cütün taleyinə Tbilisidəki oyunda aydınlıq gələcək"

"Qəbələ"nin hücumçusu Davit Volkov Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə qarşılaşacaqları oyunla bağlı danışıb.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı gürcüstanlı futbolçu "Qəbələ"dən gözləntilərin böyük olduğunu deyib:

"Yaxşı toplanış keçirmişik. Zədəm yoxdur, özümü yaxşı hiss edirəm. Hər şey normaldır, oyuna hazıram. Merab Qiqauriyə gəlincə, komandaya uyğunlaşmağa çalışır. Rahat şəkildə birgə adaptasiya ola biləcəyimizi söyləyə bilərik. Gözlənti? "Dinamo" önündə gözlənti böyükdür. Mən tamamilə bu oyuna konsentrasiya oluram. Nəsə demək çətindir, cütün taleyinə Tbilisidəki cavab görüşündə aydınlıq gələcək. Haqq edən komanda mərhələni keçəcək".

"Qəbələ" - "Dinamo" oyunu iyulun 25-i, saat 19:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right