"Qəbələ"də ciddi itki: "Dinamo" ilə oyunu buraxacaq

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstanın "Dinamo" klubunu qəbul edəcək "Qəbələ" ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Kamal Mirzəyev sıradan çıxıb. Əzələsini dartan 24 yaşlı futbolçu Tblisi təmsilçisinə qarşı keçiriləcək ilk matçı buraxmalı olacaq.

Kamalın cavab matçına yetişəcəyi ehtimal olunur.

"Qəbələ" - "Dinamo" görüşü iyulun 25-i, saat 19:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right