"Bizi "Qəbələ" ilə çox çətin oyunlar gözləyir" - "Dinamo"nun məşqçisi

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ”nin qonağı olacaq Gürcüstanın “Dinamo” (Tiblisi) klubunun məşqçisi Xisko Munyos müsahibə verib.
 
Newsport.az-ın məlumatına görə, 38 yaşlı ispaniyalı mütəxəssis “Qəbələ” ilə keçirəcəkləri oyunlar barədə suallara cavab verib, şansları dəyərləndirib. 
 
- “Enqordani”ylə I mərhələdəki oyunları necə dəyərləndirirsiniz?
- İlk mərhələ üçün yaxşı hazırlaşmışdıq. Evdə yüksək səviyyədə toplanış keçdik. Belə hesabla meydanda da rahat düşünə bilirdik. I mərhələdən məmnun qaldıq. Növbəti rəqibimiz üçün daha çox hazırlaşmalıyıq. Çünki daha çox enerji sərf olunacaq. I mərhələ maksimumuz deyil.
 
- “Qəbələ” son rəsmi matçını mayın 19-da keçirib. Rəqiblə bağlı məşqçilər korpusu hansısa bilgi əldə edib?
- Bununla bağlı məşqçilər və işçilər dərindən çalışıb. Rəqibin videolarına da baxmışıq. Yeganə problem yaxın zamanda transfer etdikləri azərbaycanlı futbolçulardır. Məncə, bunu da çözəcəyik, yeni transferlərin xüsussiyətlərini araşdıracağıq.
 
- Şansları bərabər hesab etmişdiniz. Həqiqətən də belə düşünürsünüz?
- Həqiqətən də şansları belə hesab edirəm. Daha güclü və ya zəif koamnda olsaydı, belə deməzdim. Bunu “Qəbələ” barədə topladığımız məlumatlara söykənib, deyirəm. Çox çətin oyun olacağına əminəm, lakin futbolçularımıza güvənirik. Bu güvənlik “Dinamo”nun səviyyəsini və nəticələrini gücləndirir. Komanda zehni və fiziki cəhətdən yaxşı durumdadır. Ev matçında çox azarkeşin olması vacib amildir. Qəbələdə hansı hesabın qeydə alınmasından asılı olmayaraq, cavab matçında dəstək gözləyirik.
 
- “Qəbələ” I təsnifat mərhələsində oynamayıb. Bunun onlar üçün problem olacağını düşünmürsünüz?
- Bunun bizim üçün üstünlük olduğunu düşünmürəm. “Qəbələ” təcrübəli futbolçular transfer edib. Bu, UEFA-nın sistemidir. I mərhələdə oynamalarının vacib olduğunu söyləyə bilmərəm. Futbolçular meydanda var qüvvələrini qoyur, çünki bu, avrokubok oyunudur.
 
- “Dinamo” son 9 oyunda qalib gəlib. Komandanın inkişafını nədə görürsünüz?
-   Komandaya gələndə əsas problem oyun idi. Bu yöndə vəziyyəti düzəltmək üçün zamanımız var idi. Əlbəttə, bu gün hər şey müsbətə doğru dəyişir və ümid verir ki, belə də davam edəcək. Komandada bir neçə güclü futbolçu var. Bu məqamda meydanda taktiki gedişlər və ağıllı oyun planı daha rahat alınır, proses də xoş olur. Bütün bunlara baxmayaraq, çempionatın final hissəsisinin çətin keçəcəyini düşünürəm. Bu anda hər bir futbolçu özünü sübut etmək üçün əsl gücə sahib olacaq.
 
- “Dinamo”ya yeni futbolçular gəldi. Transferlər komandanın Avropa Liqasındakı oyunları üçündür, yoxsa uzun müddətli planlara görə hesablanır?
- Georgi Kimadze və Nodar Kavtaradze Gürcüstan çempionatında təcrübəyə malik futbolçulardır. Digər transferlərin isə müəyyən zamana ehtiyacı var. Onlara güvənirik. Komandanın hədəflərə çatması üçün onlardan daha artığını alacağımız zamanı gözləyirik. Məqsədimiz Gürcüstan çempionu olmaq, Avropa Liqasında xeyli yol qət etməkdir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right