"Qəbələ" - "Dinamo": açıq məşq və mətbuat konfranslarının vaxtı açıqlandı

İyulun 25-də UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını qəbul edəcək.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Dinamo” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 24-də saat 18:30-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Dinamo”nun baş məşqçisi çıxacaq. Saat 19:30-da isə “Qəbələ”nin məşqçisi Sənan Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyun öncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 19:00-da məşqə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right