"Qəbələ" və "Neftçi"nin potensial rəqibi bilindi Yenilənib

Bu gün Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizin Avroliqadakı təmsilçiləri “Qəbələ” və "Neftçi"nin də potensial rəqibi məlum olub. "Qırmızı-qaralar" 2-ci mərhələdə Tbilisi "Dinamo"sunu keçsə, Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq. 

"Neftçi" isə "Arsenal"ı (Rusiya) mübarizədən kənarlaşdırsa, İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək. İkinci mərhələni keçəcəyi təqdirdə "Qəbələ" 3-cü mərhələyə səfərdə, "Neftçi" evdə başlayacaq.


“Arsenal” (Tula, Rusiya)/“Neftçi” (Azərbaycan) cütünün qalibi - “Bney Yehuda” (İsrail)

"Feyenoord" (Hollandiya)/"Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tbilisi, Gürcüstan)



Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right