"Arsenal" - "Neftçi" oyununun hakimləri müəyyənləşdi

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Arsenal” (Tula, Rusiya) – "Neftçi” matçının hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək. UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.

İyulun 25-də "Arsenal” mərkəzi stadionunda keçiriləcək "Arsenal” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right