"Neftçi"nin "Arsenal"la oyunlarının vaxtı məlum oldu

Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Sperantsa” klubunu iki oyunun nəticəsinə görə 9:0 üstələyən (ilk oyun 3:0, cavab matçı 6:0) “Neftçi” II mərhələyə vəsiqə qazandı.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar" növbəti mərhələsində Rusiyanın "Arsenal" (Tula) komandası ilə qarşılaşacaq.

Cütün ilk oyunu iyulun 25-də Tulada baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da baş tutacaq. Cütün cavab görüşü isə avqustun 1-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək. Matçın start fiti saat 21:00-da səslənəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah