Emil Balayevli "Tobol"a Avropa Liqasında şok zərbə

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" Lüksemburqun "Jeness" klubunu qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Səfərdə qolsuz heç-heçə qeydə alındığından qonaqlar II təsnifat mərhələsinə yüksəlib. "Tobol" cütün favoriti olsa da, Avropa Liqasıyla erkən vidalaşıb.

Qarşılaşmada "Tobol"un qapısını Emil Balayev qoruyub.

Avropa Liqası

I təsnifat mərhələsinin cavab oyunu

 

"Tobol" - "Jeness" - 1:1

Qollar: Halim Meddur, 22-avtoqol - Mehmet Arslan, 59 (pen.)
İlk oyun - 0:0

 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right