"Geridönüş etmək çətin məsələdir" - Aftandil Hacıyev

"Rəqibin gücünün şahidi olduq. Azarkeşlər üçün maraqlı oyun alındı".
 

Newsport.az-ın məlumatına görə, bu sözləri  "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya" ilə Bakıda keçirilən görüşdən (2:3) sonra deyib.

O, məğlubiyyəti belə şərh edib: "Rəqib həm daha keyfiyyətli futbolçulara malikdir, həm də komplektləşmə bizdəki kimi deyil. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Sadəcə olaraq, rəqib futbolçuların fərdi ustalığı öz sözünü dedi. Bu gün günahkar axtarmırıq. Sadəcə olaraq, səbəbləri deməliyəm. Oyunçularımızın fiziki durumu lazımı səviyyədə deyil. Yorulduqdan sonra konsentrasiya itməyə başlayır. Bu gün rəqib daha hazırlıqlı idi. "Səbail" gənc klubdur və stabil büdcəyə malikdir. Ancaq gələcəkdə büdcə artsa, daha yüksək səviyyəli oyunçular götürə bilərik. Demirəm ki, əlimizdə olanlar keyfiyyətsizdir. Sadəcə, heyəti daha da gücləndirə bilərik. İndi Mirabdulla Abbasovdan heç nə gözləmirik. Komandaya gec qoşulub. Hazırda onunla rəqabət aparacaq futbolçu yoxdur. Bu, problemdir. İstərdik ki, bəzi mövqelərdə rəqabəti artıraq".

Hacıyevin sözlərinə görə, "Səbail"in cavab matçında geridönüş etməsi çətin olacaq: "Oyuna müdaxilə etməkdə gecikdiyimizi düşünmürəm. İki və üçüncü qol ard-arda gəldi. Ağabala Ramazanova çempionatda da hücumda şans vermişik. Bu gün pis alınmadı. Amma rəqib topa sahib olmaq baxımından üstün idi. Futbolçularımız bilməlidilər ki, səfərdə çətin olacaq. Cavab matçında geridönüş etməyimiz çətin görünür. Səfərdə planımız gerçəkləşərsə, 2:0 hesabı ilə qalib gələ bilərik. Amma yenə də deyirəm ki, bu, çətin məsələdir. Bu gün "Səbail" ilə "Universitatya Krayova"nı müqayisə etmək hələ tezdir. Ancaq bu məqam bizi ruhdan salmır. Sürpriz hər zaman mümkündür".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right