Emilin komandasından Avroliqada qolsuz start

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha bir görüş keçirilib. Milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" Lüksemburqda "Jeness" klubunun qonağı  olub. Matç qolsuz bərabərliklə başa çatıb.

E.Balayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.


Qeyd edək ki, AL-də 1-ci mərhələyə dünən start verilib. Bu raundun digər oyunları sabah olacaq. Mübarizəyə bu mərhələdən başlayan təmsilçilərimiz "Neftçi" və "Səbail" də ilk matçlarını iyulun 11-də keçirəcəklər. "Ağ-qaralar" Moldovada "Sperantsa" ilə, "dənizçilər" isə Bakıda Rumıniyanın "Universitatya Krayova" klubu ilə üz-üzə gələcək. 


Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

19:55. "Jeness" (Lüksemburq) - "Tobol" (Qazaxıstan) - 0:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right