Avroliqada ilkin mərhələyə yekun vuruldu

Avropa Liqasında ilkin mərhələyə yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, keçirilən altı oyunla 1-ci təsnifat mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub.

“Qəbələ”nin potensial rəqibləri olan “La Fiorita” (San Marino) ilə “Enqordani” (Andorra) də cavab görüşünə çıxıb. İlk oyunda olduğu kimi (1:0) bu görüşdə də qələbə qazanan (2:1) Andorra təmsilçisi  Avroliqanın 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. 
 
“Enqordani” 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubu ilə mübarizə aparacaq. Bu cütlüyün qalibi isə 2-ci təsnifat mərhələsində “Qəbələ”yə rəqib olacaq.

 
4 iyul


Avropa Liqası

İlkin mərhələ, cavab oyunları


 
"Kardiff Met Universiti" (Uels) - "Proqres" (Lüksemburq) - 2:1 
İlk oyun - 0:1
 
"Enqordani" (Andorra) - "La Fiorita" (San Marino) - 2:1
İlk oyun - 1:0
 
"Runavik" (Farer adaları) - "Ballimena Yunayted" (Şimali İrlandiya) - 0:0 
İlk oyun 0:2
 
"Europa" (Cəbəllütariq)
 - "San-Xulia" (Andorra) - 4:0
İlk oyun - 2:3
 
"Kliftonvill" (Şimali İrlandiya) - "Barri Taun" (Uels) - 4:0
İlk oyun - 0:0
 
"Tre Fiori" (San Marino) - "Klaksvik" (Farer adaları) - 0:4 
İlk oyun -1:5


2 iyul
 
"Sent Jozefs" (Cəbəllütariq) - "Priştina" (Kosovo) - 2:0
İlk oyun - 1:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right