"Səbail"in cavab oyununun vaxtı açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Krayova" (Rumıniya) - "Səbail" matçının vaxtı məlum olub.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 18-də Rumıniya keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. Oyun Krayovadakı "Yon Oblamenko" stadionunda baş tutacaq.

Komandaların ilk oyunu Bakıda keçiriləcək. İyulun 11-i "Bayıl Arena"da keçiriləcək oyun saat 20:00-da start götürəcək.

"Səbail" mərhələ adlasa, II təsnifat mərhələsində "Honved" (Macarıstan) - “Jalgiris” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right