Maurisio Poçettino: "Futbol tarixinə keçmək istəyirik"

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino UEFA Çempionlar Liqasının finalında "Liverpul"la qarşılaşacaqları oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, argentinalı mütəxəssis favortin kim olduğundan danışmaq istəməyib:

"Hər iki komanda finala qalmaqla böyük nəticə qazandı. Favoritdən bəhs etmək isə düz deyil. ÇL-də inanılmaz bir mövsüm keçirdik. Turnirin dadını çıxardıq. Finalda mübarizə aparmağa, qaçmağa hazırıq".

Poçettino "Liverpul" barədə müsbət fikirlər söyləyib:

"Liverpul" "Mançester Siti" ilə birlikdə ən yaxşı ingilis klubudur. Rəqibimiz həqiqətən də mükəmməl komandadır. Ancaq biz də özümüzə güvənirik. Finalın zövqünü yaşayıb, futbol tarixinə keçmək istəyirik. Buna görə də qalib gəlməliyik. Nə etməli olduğumuzdan əminik".

London klubunun çalışdırıcısı meydana buraxacağı ilk 11-liyi və taktiki suallardan yayınıb və Harri Keynin finalda oynayıb-oynamayacağını açıqlamayıb:

Final görüşü bu gün İspaniyanın Madrid şəhərində baş tutacaq. İngiltərə klublarının dueli Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right