Emeri: "Çelsi"ni təbrik etməliyik, qələbəyə layiq idilər"

UEFA Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzan "Arsenal"ın baş məşqçisi Unai Emeri açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis məğlubiyyəti şərh edib:

"İlk hissədə önə keçmək üçün yaxşı fürsətlərimiz var idi. Şanslar yaratdıq, ancaq qola çevirmədik. "Çelsi"nin vurduğu ilk qol oyunun axarını dəyişdi. Jirunun ikinci qolundan sonra oyundan qopmamağa çalışdıq. Ancaq işimiz çox çətinləşdi. "Çelsi"ni təbrik etməliyik, qələbəyə layiq idilər".

Emeri Çempionlar Liqasından kənarda qalmalarının transfer siyasətlərinə təsir etməyəcəyini deyib:

"Belə düşünmürəm, "Arsenal" böyük klubdur. Hər futbolçu belə klubda oynamaq istəyir. Hədəfimizə hələ çatmamışıq. Klubumuzda işlər görülür, inkişafa can atılır. Kifayət qədər gənc oyunçumuz var. Onlar bu gün ilk dəfə final həyəcanı yaşadı. Gənclərimizin yaxşı gələcəyi olacaq".

47 yaşlı mütəxəssis klubun azarkeşlərinə səslənib:

"Çətin olacağını və rəqibin güclü futbolçulara sahib olduğunu bilirdik. Azarkeşlərimizə hələ yolun başlanğıcında olduğumuzu demək istəyirəm. Hədəfimizə çox yaxın idik. Premyer Liqada da Çempionlar Liqada düşə bilərdik. Bəzi hədəflərə çatsaq da, sonda məyusuq. Ancaq irəli addım atmışıq".

"Topçular"ın çalışdırıcısı növbəti mövsümə bu heyətlə davam edəcəklərini deyib:

"Müqaviləsi başa çatan futbolçular barədə danışmağın mənası yoxdur. Əvvəlcə onlarla danışmaq lazımdır. Ötən mövsüm transfer etdiyimiz gənclərlə yola davam etməliyik. Hədəflərə çatmaq üçün futbolçular əllərindən gələni edir. Onlarla fəxr edirəm. Fikrimcə, bu heyətlə də yaxşı ola bilərik. Yaxşı futbolçularımız var. Bəlkə, yeni oyunçular da aldıq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah