Bakıda rekord təkrarlandı

Avropa Liqasının hazırda Bakıda keçirilən final matçında rekord təkrarlanıb. 

Newsport.az-ın məlumatına görə, “Çelsi” ilə “Arsenal”ın heyətində ilk 11-likdə  15 millətin nümayəndəsi meydana çıxıb. Bu, daha əvvəlki iki finalda qeydə alınan rekordun təkrarıdır. 

2010-cu ildə “Atletiko” – “Fulhem” və 2017-ci ildə keçirilən “Ayaks” – “Mançester Yunayted” oyunlarında meydana start heyətində 15 millətin nümayəndəsi çıxmışdı.

Əlavə edək ki, iki İngiltərə klubunun qarşılaşmasında ilk 11-likdə meydana çıxan yeganə ingilis futbolçu “Arsenal”ın üzvü Ensli Meytlend-Naylzdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right