Bakıda "Arsenal" azarkeşi xəstəxanalıq oldu

Bakıda Avropa Liqasının final oyunundan əvvəl “Arsenal” və “Çelsi”nin bir qrup azarkeşi arasında dava olub.

Newsport.az-ın məlumatına görə, insident "Torqovı"dakı pivəxanaların birində baş verib.

Nəticədə "Arsenal"ın 54 yaşlı azarkeşi Grogery Kilroe döyülüb. Onun başına butulka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq. ("Report")





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right