Final öncəsi "Çelsi"nin düşərgəsində qalmaqal: Sarri özündən çıxdı

"Çelsi" Avropa Liqasının final matçında "Arsenal"la qarşılaşacaq. "Çelsi" Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqə çıxıb.

Newsport.az-ın məlumatına görə, hazırlıq prosesi qalmaqalla müşahidə olunub. "Zadəganlar"ın iki futbolçusu - Qonzalo İquain və David Luis arasında münaqişə yaranıb. Onlar epizodların birində mübahisə etməyə başlayıblar. Komandanın baş məşqçisi Maurisio Sarri isə buna kəskin reaksiya verib. Onun baş geyimini yerə atdığı və daha sonra təpiklədiyi kameralara tuş gəlib. İtaliyalı mütəxəssis məşqin sonunu gözləmədən meydançanı tərk edib.

Final matçı bu gün 23:00-da start götürəcək.

 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah