Sarri finaldakı şansları dəyərləndirdi: "Qələbəyə layiqik"

“Çelsi”nin baş məşqçisi Maurisio Sarri Avropa Liqasının finalında sabah “Arsenal”a qarşı keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis finaldakı şansları dəyərləndirib.

- Zədəli Nqolo Kantenin durumu nə yerdədi?
- Əsas problem vaxtla bağlıdı. Nqolu Kantenin dizində problem var idi. Əslində bu, o qədər də ciddi zədə deyil. 3-4 günə o tam sağlam ola bilərdi. Son ana qdəər çalışacağıq ki, o meydana çıxsın. Hazırda sabah oynaya bilib-bilməyəcəyini deyə bilməyəcəm.

- Şansınızı necə dəyərləndirərdiz?
- Şanslar 50:50-yədi. Bəlkə də, dünən 60:40 idi. Ancaq indi 50:50-yədi. Daha çox olmaz.

- Kantenin oynaya bilməməsi nə qədər böyük itki olacaq?
- Bizim yarımmüdafiədə oynaya biləcək 3 futbolçumuz var. Müdafiəyəmeylli yeganə yarımmüdafiəçi odu. Çalışırıq əlimizdən gələni edək ki, onu bərpa edək. Onun olmaması bizim üçün problemdi.

- İtaliya mətbuatı yazır ki, bu sizin “Çelsi”nin baş məşqçisi kimi son oyununuzdu və “Yuventus”a keçəcəksiz...
- Mənim “Çelsi” ilə 2 illik müqaviləm var. Əvvəlcə final və “Çelsi” barədə danışmalı və yalnız bu barədə düşünməliyik. Qələbəyə layiqiq və qazanmaq istəyirik.

- Qələbə nə qədər vacibdi?
- Bu mövsüm bizim üçün çox gözəl idi. Çünki artıq Çempionlar Liqasına vəsiqə qazanmışıq. “Liverpul” və “Tottenhem” kimi ÇL finalçılarına qarşı oynadıq, kubokun finalında penaltilər seriyasında uduzduq. Sabah isə Avropa Liqasının finalında oynayacağıq. Biz yaxşı mövsüm keçirdik və sabah qələbə qazansaq, əla yekunlaşdırmış olacağıq.

- Azarkeşlərin Azərbaycana gəlməsiylə bağlı problemlər var idi. Gələ bilməyənlər barədə nə deyə bilərsiz?
- Bilmirəm. Bununla bağlı UEFA-ya müraciət etməlisiz. Əslində, biz işimizi belə oyunlar naminə görürük. Ümidvarıq ki, azarkeşlərimiz burda olacaq. Nə deyəcəyimi bilmirəm. Çalışacağıq ki, qələbə qazanaq. Bu, həm izim üçün, həm də azarkeşlər üçün olacaq.

- Bu oyun həyatınızın ən önəmli anıdı?
- Bilmirəm. Məşqçi və jurnalistin hissləri fərqlidi. KİV üçün bu matç həyatımdakı ən vacib an kimi qələmə alınsın. Mənimçün isə olmaya bilər. Sabah bu suala cavab verəcəm. İtaliyada bəlkə də hansısa matç daha vacib idi. Sabah hisslərimi sizinlə bölüşə bilərəm.

- Məşqçi üçün Eden Hazard kimi futbolçu ilə işləmək nə deməkdi?
- Onun meydanda olması böyük məmnuniyyətdi. Ancaq matçdan kənarda problem ola bilər. O, Avropa və dünyada ən yaxşılardan biridi. Daha da üstündə işləyib ən yaxşı ola bilər. İstedad olduğu üçün məşqlərdə bəzən onu dayandırmaq olmur. Onun üçün hər şey çox sadədi.

- Olivye Jirunun Avropa Liqasında çox gözəl göstəriciləri var. O, uzun müddət “Arsenal”da da çıxış edib. Finalda onun rolu nə olacaq?
- O, Avropa Liqasında bir çox qol vurub. Bizim üçün vacib oyunçudu. Qərarı sabah verəcəm. Onu nəzərdən keçirməliyəm.

- Premyer Liqada 3-cü yeri tutduz. Bundan başqa, Avropa Liqasını qazanmaq şansınız var. “Çelsi”dən xoşbəxt gedəcəksiz?
- Mənimçün mövsümün əvvəli çox çətin idi. Futbolçuların düşüncə tərzləri fərqli idi. Yanvar ayı çox ağır oldu. Fevralda isə onlar artıq dəyişməyə başladılar. Bəlkə də, mən dəyişdim. Hazırda futbolçularımı çox istəyirəm. 20-22 çox yaxşı futbolçumuz var. Gələcək planlarımda bunu da nəzərdən keçirəcəm. Digər tərəfdən ingilis futbolunu və Premyer Liqanı çox sevirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right