Bakı finalına doğru: mətbuat konfransı və açıq məşqlərin vaxtı açıqlandı

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtları müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, həm açıq məşqlər, həm də mətbuat konfransları mayın 28-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

28 may, Bakı Olimpiya Stadionu
 

“Arsenal”
Saat 17:45. Baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı
Saat 18:30. Mətbuat üçün açıq məşq
 
“Çelsi”
Saat 20:15. Baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı
Saat 21:00. Mətbuat üçün açıq məşq
 
Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right