Bakıdakı finalda London derbisi Yenilənib

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, keçirilən iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçıları müəyyənləşib.

“Arsenal” İspaniyada “Valensiya”nın qonağı olub. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular"  cavab qarşılaşmasında da qalib gəlib - 4:2. Bununla da London klubu finala yüksəlib.

Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edib. Frankfurtdakı görüşdə qeydə alınan  1:1 hesabı  cavab matçının əsas vaxtında da təkrarlanıb. Bu səbəbdən əlavə vaxta ehtiyac duyulub. Hesab yenə dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada 4:3 hesabı ilə qalib gələn "Çelsi" finala yüksəlib.

Beləliklə, finalda iki London klubu - "Arsenal" və "Çelsi" oynayacaq.

Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


9 may

Avropa Liqası

 
Yarımfinal, cavab oyunları

23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) - 1:1 (Penaltilər seriyası - 4:3)
Qollar: 
Loftus-Çik, 28 (1:0),  Yoviç, 49 (1:1)
İlk oyun – 1:1


23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) - 2:4 
Qollar:
 Qameyro, 11 (1:0), Obameyanq, 17 (1:1), Lyakazett, 50 (1:2), Qameyro, 58 (2:2), Obameyanq, 69 (2:3), 89 (:4)
İlk oyun – 1:3

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right