Amsterdamda dramatik qarşılaşma

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, yarımfinalın ikinci cütündə "Ayaks" doğma azarkeşləri qarşısında ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Tottenhem"i qəbul edib. Oyunda qonaqlar 3:2 hesablı qələbə qazanaraq, finala yüksəlib.

Həlledici görüşdə "Tottenhem"in rəqibi "Liverpul" olacaq.

Final matçı iyunun 1-də Madriddə yerləşən "Vanda Metropolitano" stadionunda keçiriləcək.

 

Çempionlar Liqası
 

Yarımfinal, cavab oyunu

"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar
: Matteis de Liqt, 5, Hakim Zieş, 35 - Lukas Moura, 54, 59, 90+4

İlk oyun - 1:0

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right