"Arsenal" - "Qarabağ" oyununda erməni təxribatı FOTO

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda "Arsenal"la qarşılaşıb və 0-1 hesabı ilə uduzub.

Newsport.az-ın məlumatına görə, matçın son dəqiqələrində xoşagəlməz hadisə baş verib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ"ın futbolçularının üzərinə qaçıb. Mühafizəçilər dərhal onu meydandan çıxarıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir.

Matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov və Qara Qarayev tribunaya yaxınlaşaraq, Azərbaycan bayraqları götürüb, paltardəyişmə otağına kimi çiyinlərində bayraqla gediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right