"Şaxtyor" - "Lion" matçının yeri dəyişdirildi

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Şaxtyor" (Donetsk) - "Lion" görüşünün məkanı dəyişdirilib.

Newsport.az-ın məlumatına görə, matç əvvəlcədən nəzərdə tutulduğu kimi Xarkovda yox, Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq. Ölkənin bəzi bölgələrində tətbiq edilən hərbi vəziyyətə görə bu qərar verilib.

"Şaxtyor"- "Lion" oyunu dekabrın 13-ü keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl eyni səbəbdən  "Vorskla" - "Arsenal" görüşünün yeri dəyişdirilmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right