"Sportinq" Bakıya nə vaxt gəlir?

“Sportinq”in Bakıya səfər proqramı müəyyənləşib.

Newsport.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, Lissabon təmsilçisi sabah – noyabrın 27-də doğma “Joze Alvalade” stadionunda sonuncu məşqini keçdikdən sonra yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 18:00)  çarter reysi ilə paytaxtımıza yola düşəcək. Lissabon təmsilçisinin oyunöncəsi son hazırlığı isə noyabrın 28-də matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Sportinq” görüşü noyabrın 29-da, saat 21:55-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right