Kulaç: "Qarabağ" bu dəfə Ukrayna klubları kimi mübarizə aparırdı"

"Qələbə istəyimiz böyük idi. Erkən qol nəticəyə təsir etdi. Oyuna nəzarət etmək istəsək də, alınmırdı".

Newsport.az-ın məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Vorskla"nın futbolçusu Vladislav Kulaç deyib. 25 yaşlı hücumçu məğlubiyyətin səbəblərini açıqlayıb:

"Qarabağ"ın qol imkanlarının çox olduğunu deməzdim. Rəqib əsasən, standart vəziyyətlərdən istifadə etməyə çalışırdı. Bir neçə imkanımız oldu, amma yararlana bilmirdik. Bu, oyunda heç-heçə olmalı idi. Məncə, daha ədalətli olardı. Bakıda keçirilən oyunda "Qarabağ" tam fərqli çıxış etmişdi. Onlar bu dəfə Ukrayna klubları kimi mübarizə aparırdı. İlk oyunda bəxtimiz gətirsə də, bu oyunda olmadı. "Arsenal"la ev oyununa yaxşı hazırlaşacağıq. Bilirik ki, həmin oyunda anşlaq olacaq. Yaxşı nəticə qazanmaq istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right