Almeyda oynadı, Pedro Enrike qol vurdu

Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” öz meydanında Çexiyanın “Yablonets” klubunu qəbul edib.

Görüş “Astana”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Almeyda 71-ci dəqiqə əvəzlənib. “Astana”nın ilk qolunu 18-ci dəqiqədə “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike vurub.  O, 80-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu qələbə ilə xalını 8-ə çatdıran "Astana" Kiyev "Dinamo"su ilə ilk iki pilləni bölüşür. "Renn"in 3, "Yablonets"in 2 xalı var.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right