Almanlar qolu qeydə almadığı üçün Əliyar Ağayevdən narazı qaldılar

Almaniyanın "Bayer" klubu Avropa Liqasının qrup mərhələsinin III turunda "Sürix"ə (İsveçrə) 2:3 hesabı ilə uduzduqları oyunu idarə edən azərbaycanlı FIFA referisi Əliyar Ağayevdən narazı qalıb.

Newsport.az saytının məlumatına görə, Leverkuzen təmsilçisi 90+3-cü dəqiqədə hesabda 2:3 geridə olarkən bərabərlik qolunu vurub. Lakin Əliyar Ağayev Sven Benderin qolunu qeydə almayıb. Belə ki, hücum zamanı "Bayer"in kapitanı və Svenin əkiz qardaşı Lars Bender rəqib oyunçuya qarşı kobudluq edib. Bu anı diqqətdən qaçırmayan FIFA referisi vacib qərar verib.

Ancaq Almaniya təmsilçisinin futbolçuları bu epizoddakı qərarın doğru olmadığı qənaətində olublar və Ağayevə kəskin etirazlarını nümayiş etdiriblər.

 
 
 
 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right