"Vorskla"nın fəxri prezidenti: "İlk qələbəmizi qazandıq, tarix yazdıq"

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun matçında Ukrayna təmsilçisi "Vorskla" Bakıda "Qarabağ"ı 1: 0 hesabı ilə məğlub etdi.

Newsport.az saytının məlumatına görə, oyundan sonra Poltava klubunun fəxri prezidenti Konstantin Jevaqo nəticədən razı qaldığını söyləyib: "Həm özümüz, həm də Ukrayna üçün vacib qələbə qazandıq. Bu qələbə reytinq xalı üçün əhəmiyyətlidir. Komandamıza görə qürurluyam və çox sevinirəm. Paltardəyişmə otağında bir-birimizi təbrik etdik. Avropa Liqasının qrup mərhələsində ilk qələbəmizi qazandıq, tarix yazdıq. Biz güclü komandalara da qalib gəlmək istəyirik".

Jevaqo növbəti mərhələ şansları barədə bunları deyib: "Əlimizdən gələn hər şeyi edəcəyik. Mümkün olan ən yaxşını etməyə çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right