Bakı metrosu “Qarabağ”ın oyununa görə gücləndirilmiş rejimə keçir

Oktyabrın 25-də Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, əməliyyat planına uyğun olaraq, “Qarabağ" futbol klubunun Avropa Liqasının qrup matçı çərçivəsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunu zamanı arenaya ən yaxın məsafədə yerləşən "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq: "Əsas vəzifə sərnişinlərin stansiyanın xidmətindən təhlükəsiz və rahat istifadəsini təmin etməkdir. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə veriləcək".

Xatırladaq ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində Ağdamın "Qarabağ" komandası ilə Ukraynanın "Vorskla" komandaşı qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right