"Arsenal"da şok itki: Ulduz futbolçu "Qarabağ"la oyunu buraxacaq

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"ı qəbul edəcək.

Newsport.az saytının məlumatına görə, London təmsilçisi daha bir itkiylə üzləşib. Qabonlu hücumçu Pyer-Emerik Obameyanq xəstələndiyi üçün sabah keçiriləcək matçda iştirak etməyəcək.

Obameyanqla yanaşı, Petr Çex, Loran Koselni, Konstantinos Mavropanos, Karl Cenkinson, Enzli Meytlend-Naylz və Aaron Remzi də "Qarabağ"a qarşı oynamayacaq. Bundan əlavə, erməni yarımmüdafiəçi Henrix Mxitaryan Bakıya gətirilməyib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu sabah saat 20:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right