"Hər bir turnirə ciddi hazırlaşmışıq" - "Arsenal"ın futbolçusu

“Bugünkü məşqin bizim üçün xeyri böyük olar". 

Newsport.az saytının məlumatına görə, bu sözlər “Arsenal”ın futbolçusu Aleks İvobi məxsusdu.

Nigeriyalı yarımmüdafiəçi bu gün Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında Avropa Liqasının qrup mərhələsinin II turunda sabah “Qarabağ”la keçiriləcək qarşılaşmanı dəyərləndirib. 22 yaşlı oyunçu iddialı sözləri ilə diqqət çəkib: "Bugünkü məşqin bizim üçün xeyri böyük olar. Çünki məhz burda çıxış edəcəyik. Bu, matça hazırlıq baxımından önəmlidi".

- Ötən mövsümlə müqayisədə bu dəfə daha təcrübəli oyunçularla Avropa Liqasında iştirak edirsiniz. Belə başa düşmək olarmı ki, indi turnirə daha böyük önəm kəsb edirsiniz?

- Xeyr. Biz daim hər bir turnirə ciddi hazırlaşmışıq.

- Ötən mövsümlə müqayisədə bu mövsüm meydanda daha sərbəst olursunuz. Bunun nə dərəcədə önəmi olur?

- Bəli, bunun oyunuma olduqca böyük müsbət təsiri var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right