Unai Emeri: "Mxitaryan Azərbaycana gələ bilməzdi"

“Bizim üçün hər bir turnir önəmlidi. Bütün yarışlara eyni formada hazırlaşırıq”.

Newsport.az saytının məlumatına görə, bunu “Arsenal”ın baş məşqçisi Unay Emeri deyib.

London təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq. Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında ispaniyalı mütəxəssis bu sözləri əlavə edib:

- Sabah bizi vacib görüş gözləyir. Nəzərə alaq ki, tez-tez səfərlərə yollanırıq. Bu kimi oyunlara hazırıq.

- Bəzi oyunçular Bakıya gəlməyib. Onlar arasında Mxitaryan da var. Onun gəlməməsinin səbəbi təzyiqə görə idi?
- Xeyr, o, bura gələ bilməzdi. Mental cəhətdən hazır futbolçularla gəlmişik.

- Mxitaryanın gəlməməsi sizin qərarınız idi? Və Remsinin gəlməməsinin səbəbi nədi?
- Mxitaryan xəstə olduğundan, gətirməməyi qərara aldıq. Remsinin isə həyat yoldaşı hamilədi. Özü gəlməmək üçün bizdən icazə aldı.

- Petr Çex zədələndiyini nəzərə alsaq, sabah 3-cü qapıçı Emiliano Martinesə şans verə bilərsiniz?
- Xeyr. Biz qrupda birinci yeri tutmaq istəyirik. Leno hazırda yaxşı formadadı. Sabahkı görüşdə böyük ehtimalla Leno oynayacaq. Yekun qərarı sabah verəcəm.

- “Qarabağ”ın sabah sizdən xal alması sürpriz olmaz?
- “Sportinq”lə görüşdə “Qarabağ”ın müsbət keyfiyyətləri çox idi. “Atletiko” məhz “Qarabağ”la görüşlərdə itirdiyi xallara görə, ötən mövsüm Çempionlar Liqasında pley-offa yüksələ bilməmişdi.

- Mxitaryan Bakıya gətirilməyib. Sizin Azərbaycanla Ermənistan arasındakı münaqişədən xəbəriniz varmı?
- Az əvvəl dediyim kimi, Mxitaryanı gətirməmək qərarına gəldik. Mənim işim futboldu, siyasi məsələlərə qarışmıram. Bütün ölkələrə hörmətim var. Henrix istənilən halda sabah çıxış etməyəcəkdi.

- Xəbəriniz varmı ki, Avropa Liqasında finala çıxsanız, Mxitaryan yenə Bakıya gələ bilməyəcək?
- Final haqda düşünmürük. Hələ yol uzundu. Sabahkı görüşü nəzərə alırıq. Mümkün qədər irəliləməyə çalışacağıq.

- Nəzərə alsaq ki, uzun səfər idi, Premyer Liqanın növbəti tur matçının təxirə salınması üçün federasiyaya müraciət etmək fikriniz var idimi?
- Komandanın həm fiziki, həm də psixoloji cəhətdən bərpası çətin olur. Bəzən birinci, bəzən ikinci oyun müsbət nəticələnir. Əlbəttə, təxirə salınsaydı yaxşı olardı. Lakin futbolçularımız da peşəkardılar, buna öyrəşiblər. Belə şeylərə çox da fikir vermirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right