Bakı Olimpiya Stadionunda ilk dəfə

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İngiltərə nəhəngi "Arsenal"ı qəbul edəcək.

Newsport.az xəbər verir ki, sözügedən oyunu qəbul edəcək Bakı Olimpiya Stadionunda 4-cü dəfə avrokubok matçı keçiriləcək. Bundan əvvəlki 3 oyun ötən mövsüm "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Roma", "Atletiko" və "Çelsi" klubları ilə baş tutmuşdu. Bu dəfə isə BOS Avropa Liqasının oyununu ilk dəfə qəbul edəcək.

Bu meydanda "Qarabağ" keçirdiyi 3 oyunda qalib gəlməyib (1 heç-heçə, 2 məğlubiyyət). 

"Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü, saat 20:55-də baş tutacaq.

Qeyd edək ki, bu mövsüm Avropa Liqasının final görüşü mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right