"Arsenal"ın "Qarabağ"a qarşı oynamayacaq futbolçuları müəyyənləşdi

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"ı qəbul edəcək.

Newsport.az xəbər verir ki, Sokratis Papastatopulos zədəsini sağaltsa da, Ağdam klubuna qarşı oynayacağı real görünmür. Premyer Liqanın 7-ci turunda "Uotford"la matçda zədələnən qolkiper Petr Çex 1 aylıq sıradan çıxıb. "Topçular" Bakıya iki qapıçı - Bernd Leno və Emiliano Martnieslə gələcək.

Bosniya və Herseqovina millisinin müdafiəçisi Sead Kolaşinaç zədəsini tam sağaldıb və oyuna tam hazırdır.

Petr Çexdən başqa, fransalı stopper Loran Koselni, yunan mərkəz müdafiəçisi Konstantinos Mavropanos və ingiltərəli cinah müdafiəçisi Karl Cenkinson da "Qarabağ"a qarşı oynamayacaqlar. Bundan əlavə, erməni yarımmüdafiəçi Henrix Mxitaryan Bakıya gətirilməyəcək.

İngiltərə mətbuatına yer alan xəbərlərə görə, "Arsenal"ın baş məşqçisi Unai Emeri oyunların sıx təqvimini nəzərə alaraq, "Qarabağ"la oyunda əsas heyət oyunçularının əksəriyyətinə istirahət verəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right