“Arsenal” Bakıya nə vaxt gələcək?

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın qonağı olacaq “Arsenal”ın ölkəmizə gələcəyi vaxt müəyyənləşib.

Newsport.az xəbər verir ki, London klubu Bakıya sabah axşam saatlarında təşrif buyuracaq. Oktyabrın 3-də oyunöncəsi son məşqinə çıxacaq “topçular” “Qarabağ”la matçdan dərhal sonra isə İngiltərəyə qayıdacaq.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” görüşü saat 20:55-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right