“Qarabağ”la oyun mənim üçün çox vacibdir” – "Arsenal”ın qapıçısı

“Emeri çox qapıçı ilə işləyib. Ona görə də bu mövqe onun üçün xüsusidir. Özünəinamın qayıtması üçün mənə bir az da vaxt lazımdır”.

Newsport.az xəbər verir ki, bu sözləri “Arsenal”ın qapıçısı Bernd Leno deyib.

İngiltərə Premyer Liqasının son turunun “Uotford”la oyununda (2:0) Peter Çexin zədələnməsindən sonra meydana daxil olan almaniyalı qolkiper qarşıdakı 3 qarşılaşmada London klubunun qapısını qoruyacaq. 26 yaşlı qapıçı Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda “Qarabağ”a qarşı oyunda da meydana çıxa bilər. Leno bunu özü üçün böyük şans hesab edir: “Hər zaman sakitliyimi qoruyub, daha çox işləmişəm. Şadam ki, baş məşqçi Avropa Liqası və kubokda mənə şans verir. Oyun təcrübəm azdır. Ona görə də bu matçlar özümə güvənməyim baxımından çox vacibdir”.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu 20:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right