Mxitaryan Bakıya gəlməyəcək

 
İngiltərənin “Arsenal” klubunun və Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryan Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”a qarşı keçiriləcək matç üçün Bakıya gəlməyəcək. Newsport.az  xəbər verir ki, bu haqda məlumatı ESPN telekanalının "Arsenal" üzrə müxbiri Mattias Karen "Twitter”dəki hesabında yazıb.
 
O, əldə etdiyi məlumatı belə bölüşüb: "Mənə məlumat veriblər ki, Henrix Mxitaryan Azərbaycana səyahət etməyəcək. Bu, oyunçunun Azərbaycan - Ermənistan münaqişəsi səbəbindən təhlükəsizlik məqsədilə verdiyi şəxsi qərarıdı”.
 
Jurnalist həmçinin 29 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının finalında iştirakının da sual altında olduğunu bildirib: "Arsenal” Avroliqanın finalına vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər”.
 
Qeyd edək ki, "Qarabağ” – “Arsenal” matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyuna saat 20:55-də start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right