"Qarabağ" Avropa Liqasının oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri rəsmən dəyişdirilib.

Newsport.az saytının məlumatına görə, UEFA Ağdam təmsilçisinin ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi ilə bağlı müraciətini müsbət cavablandırıb.

"Qarabağ" Avropa Liqasında İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu oktyabrın 4-də "Arsenal"ı, 25-də "Vorskla"nı, noyabrın 29-da "Sportinq"i qəbul edəcək.

Xatırladaq ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda  təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right