“Qarabağ” qrup mərhələsinə bir addım öndə gedir

Turnir ərzində bütün komandalarla qarşılaşmağına rəğmən, uğurlu və uğursuz təqvim anlayışı qüvvədədir. Və bütün komandalar da  uğurlu təqvim üçün çalışırlar. Bu təqvim əsasən qısa müddətli yarışlar üçün keçərlidir. 

Newsport.az-ın məlumatına görədaxili çempionatlara nəzərən Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsi bir çox komandalar üçün daha qısa yarış hesab olunur. Əgər çempionat yaya qədər uzanırsa, qrup mərhələsinin oyunları çox sayda komanda üçün yeni ilə bir neçə gün qalmış başa çatır.

Arzu edək ki, yeni il ərəfəsində “Qarabağ”ı qrupdan çıxmış görək. Bunun üçün sözsüz ki, qrupdakı imkanlardan maksimum yararlanmaq lazımdır. 

Ümid etmək olar ki, “Qarabağ” qrup mərhələsinin oyunlarına bir addım öndə başlayacaq. Səbəb isə çox sadədir: Tofiq Bəhramov adına Respublika Stadionu. 

Bu stadion nəinki “Qarabağ”, bütün Azərbaycan üçün futbol məbədidir. İstər milli komandamız, istərsə də klublarımız bütün tarixi uğurlarına bu stadionda imza atıblar. Arenada heç yerdə olmayan kimi  qəribə bir doğmalıq var. Bundan əlavə, futbolçular, azarkeşlər üçün də çox uyğun bir variantdır. Açıqlamalarda dəfələrlə bildirilib ki, futbol oynamaq üçün, futbola tamaşa etmək üçün ən ideal məkan Tofiq Bəhramov adına Respublika Stadionudur. Bütün bu açıqlamaların və reallığın fonunda qrup oyunlarını mərkəzi arenada keçirəcək “Qarabağ”ın 1 addım öndə olduğunu söyləyə bilərik. 

“Qarabağ” cari qrup mərhələsində ilk ev oyunu 4 oktyabr saat 21:00-da “Arsenal”a qarşı keçirəcək. Stadion, “Qarabağ” və rəqib  amilini nəzərə alsaq, tribunaların tam dolacağını indidən söyləyə bilərik.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right