"Vorskla"nın futbolçusu: "Ən güclü komandalar qrupumuza düşdü"

"İngiltərə futbolunun azarkeşiyəm. "Arsenal"la qarşılaşmalar xoş olacaq. Bu, Poltavada böyük bayramdır".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Vorskla"nın gürcüstanlı yarımmüdafiəçisi Aleksandr Kobaxidze Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Ukrayna təmsilçisinin yarımmüdafiəçisi nəhəng komandalarla qarşılaşacaqlarını bildirib: "Maraqlı qrupa düşmüşük, nəhəng komandalarla qarşılaşacağıq. Matçları səbirsizliklə gözləyirik. İlk oyunumuzu "Arsenal"la keçirəcəyik. Bu, əsl bayram olacaq. Amma anlayırıq ki, çox çətin olacaq. Amma yenə də belə rəqiblərlə oynamaq sevindiricidr. Ən güclü komandalar qrupumuza düşdü. Böyük stadionlarda oynayacağıq. Belə bir şey arzu edirdik. Yaxşı təcrübə qazanacağıq".

Qeyd edək ki, "Qarabağ", "Arsenal", "Sportinq" və "Vorskla" klubları Avropa Liqasının E qrupunda yer alıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right