"Vorskla"nın erməni futbolçusu Bakıya gəlməyəcək

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində oktyabrın 25-də "Vorskla"nı qəbul edəcək.

 

Newsport.az xəbər verir ki, qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, Ukrayna klubunun erməni futbolçusu Qeqam Kadimyanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır. Ukrayna mətbuatına yer alan xəbərə görə, 25 yaşlı hücumçu Bakıda baş tutacaq görüşə gətirilməyəcək.

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" ilə eyni qrupda mübarizə aparacaq. "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan da Bakıya gətirilməyəcək. "Sportinq"də isə erməni futbolçu yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right