"Sportinq"in baş məşqçisi "Qarabağ"dan danışdı

“Sportinq” klubunun baş məşqçisi Joze Pizeyru Avropa Liqasının püşkünü dəyərləndirib.

Newsport.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, E qrupunda mübarizə aparacaqları “Arsenal”, “Qarabağ” və “Vorskla” klubları haqda fikirlərini bölüşən portuqaliyalı mütəxəssis ilk iki komandanı xüsusi vurğulayıb:

“Arsenal” Çempionlar Liqası komandasıdır. Qrupumuzda bir də “Qarabağ” var, hansı ki, ötən mövsüm ÇL-in qrup mərhələsində iştirak edib. Qrupda “Sportinq”lə birlikdə Çempionlar Liqası təcrübəsi olan 3 komandanın yer alması yaxşı haldır”.

Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu sentyabrın 20-də səfərdə “Sportinq”ə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right