"Qarabağ" çətin rəqibdir" - "Vorskla"nın kapitanı

 

"Avropa Liqasında "Arsenal"la oynayacağıq. Bu, bizdə müsbət emosiyalar yaratdı. Ümid edirəm ki, bizim ev oyunlarımız Poltavada azarkeşlər üçün əsl bayram olacaq.Əminəm ki, onlar "Sportinq" və "Qarabağ" oyunlarda da bizi dəstəkləməyə davam edəcəklər. Bu komandalar da çətin rəqiblərdir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Vorskla"nın kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

"Azərbaycana heç getməmişəm. Amma "Qarabağ"ın Avrokuboklardakı çıxışını izləmişəm. Ümumiyyətlə, yaxşı püşkdür" - deyə o bildirib.

Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right